ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi qayğıdan bəhs edib. Professor Ə.Abdullayev yaşından asılı olmayaraq ehtiyacı olan hər kəsə qayğı göstərilməsinin vacibliyini vurğulayıb. O, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Uşaqlar üçün göstərdiyi xidmətlər haqqında iştirakçılara məlumat verən mərkəzin müdiri Vüsalə İbrahimova belə bir tədbirin ərsəyə gəlməsi üçün universitet rəhbərliyinə və əməyi keçənlərə minnətdarlığını bildirib.
Millət vəkili Adil Əliyev autizmli uşaqların istedadlarının üzə çıxarılmasında və cəmiyyətə təqdim olunmasında onların müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib.
Sonda yaradıcı uşaqlara universitetin THT tərəfindən təsis edilən həvəsləndirici fəxri fərmanlar verilib.
ADU-nun Mətbuat Xidməti






