
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.
Nazir bildirib ki, əgər həmin qanun qəbul edilib qüvvəyə minərsə bu məbləğ artırılacaq:
“Nəzərdə tutulub ki, qanun layihəsi bu il qəbul olunsun və növbəti ilin yanvarın 1-dən qüvvəyə minsin. Qanun layihəsi qəbul edilərsə, növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Yəni, 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək”.
Təhsil-press.az