Londonda teraktla bağlı 12 nəfər saxlanılıb

Londonda teraktla bağlı 12 nəfər saxlanılıb Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.
Təhsil-press.az-ın verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.
Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".
Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

Təhsil-press.az

Oxşar xəbərlər