Azərbaycanlı ailənin ABŞ-da möhtəşəm uğuru

Azərbaycanlı ailənin ABŞ-da möhtəşəm uğuru Şərifovlar ailəsi 2011-ci ildə “Green Card” qazanıb və ABŞ-a miqrasiya edib.
Təhsil-press.az 1news.az-a istinadən xəbər verir ki, ailə üzvləri “Washington Bothell” Universitetinə daxil olublar. Təhsilin ilk vaxtlarında Nərminə və Elnurun anası Lalə xanımda xərçəng xəstəliyi aşkar edilsə də, o, təhsilini davam etdirib. O, bunlarla yanaşı kimya və radioterapiya kursları keçib, üç dəfə əməliyyat edilib.
Elnur Şərifov universitetin biokimya, Lalə Şərifova və onun həyat yoldaşı Emil isə mühasibatlıq fakültəsini fərqlənmə ilə bitiriblər. “Hüquq, cəmiyyət və hakimlik” fakültəsini bitirən Nərminə Şərifova isə həm də 2017-ci ildə prezident medalı da əldə edib. Qeyd edilir ki, bu uğurlarla yanaşı, ailənin xanımı Lalə Şərifova xərçəng xəstəliyinə də qalib gəlib.

Təhsil-press.az

Oxşar xəbərlər