İvanka Tramp ailəsi ilə yəhudi pasxasını qeyd edir

İvanka Tramp ailəsi ilə yəhudi pasxasını qeyd edir ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp ailəsi ilə yəhudi pasxasını qeyd edir.

Təhsil-press.az-ın “Jerusalem Post” nəşrinə istinadən yaydığı xəbərə görə, prezidentin qızı bu il bayram süfrəsini Ağ Evdə açıb. Yəhudi pasxasının AĞ Evdə qeyd olunma adətini isə 2009-cu ildə keçmiş Prezident Barak Obama qoyub.
Xatırladaq ki, İvanka Trampın həyat yoldaşı Cared Kuşner yəhudi əsilli amerikalı tanınmış iş adamıdır, hazırda isə Kuşner ABŞ Prezidentinin əsas məsləhətçisi vəzifəsində çalışır.
İvanka Tramp Cared Kuşnerlə ailə qurmazdan öncə yəhudi dinini qəbul edib.

Təhsil-press.az

Oxşar xəbərlər