Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşdı

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,69 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,24 dollar/barel çoxdur.
Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 47,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 19-da 44,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 19-da 46,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər