Qətərin XİN rəhbəri: Terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır

Qətərin XİN rəhbəri: Terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır Bir sıra ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Əl Tani deyib.
"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər - sübutlarla təsdiqlənməmiş sözlərdir və tələb deyil", - XİN rəhəbri bildirib.
"Tələblər real və həyata keçirilə bilən olmalıdır. Əks halda onlar qəbuledilməzdir", - Əl Tani əlavə edib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər