Türkiyənin xarici işlər naziri Qətərə səfər edəcək

Türkiyənin xarici işlər naziri Qətərə səfər edəcək Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edəcək.
Təhsil-press.az-ın verdiyi məlumata görə, Çavuşoğlunun səfəri iyunun 14-də baş tutacaq.
Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmləri ilə görüşüb regionda vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər