Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib (YENİLƏNİB)

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib (YENİLƏNİB) BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələti kəsib.

Təhsil-press.az "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atıblar.
"Xinhua" agentliyi qeyd edir ki, Misir həmçinin eyni səbəbə görə Qətərlə diplomatik münasibətlə son qoyub.
Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.

Təhsil-press.az

Oxşar xəbərlər