Lavrov: Qətərlə bağlı yaranmış vəziyyətdə Rusiyanın əli yoxdur

Lavrov: Qətərlə bağlı yaranmış vəziyyətdə Rusiyanın əli yoxdur Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır.
Təhsil-press.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O deyib:
“Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Təhsil-press.az

Oxşar xəbərlər