
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi keçirdiyi brifinqdə deyib:
“Bu, təmas xətti yaxınlığında baş verib. Biz ölənlərin ailələrinə dərin başsağlığı vermək istəyirik. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı, tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Bizim siyasətimiz o bölgədə aydındır. Bu münaqişənin yeganə həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsiplərinə riayət edərək danışıqlar yolundan keçir”.
Təhsil-press.az