Lavrov: Suriyaya qarşı sanksiyaların nəticələrinə yenidən baxılmalıdır

Lavrov: Suriyaya qarşı sanksiyaların nəticələrinə yenidən baxılmalıdır ABŞ və Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdikləri sanksiyaların nəticələrinə yenidən baxılması vaxtı gəlib.
Təhsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Serqey Lavrov Aİ diplomatiyasının rəhbəri Federika Mogerini ilə danışıq zamanı deyob: "Biz Avropa İttifaqının Suriya xalqının əzablarının yüngülləşdirilməsinə böyük töhfə verdiyini bilirik. ABŞ və Avropa İttifaqının Suriyaya Ərəb Respublikasına qarşı tətbiq etdikləri sanksiyaların humanitar nəticələrinə yenidən baxılma vaxtı gəlib".
Qeyd edək ki, Avropa ittifaqı Suriyaya qarşı sanksiyaların müddətini 2018-ci il iyunun 1-dək uzadıb.

Təhsil-press.az

Oxşar xəbərlər