Paytaxtda iki məktəb üçün yeni binalar tikilir

Paytaxtda iki məktəb üçün yeni binalar tikilir Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
Hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur, 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi isə əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.
Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.
BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta və 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər