ATU-nun təşkilatçılığı ilə “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirildi

ATU-nun təşkilatçılığı ilə “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirildi ATU-nun təşkilatçılığı ilə “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirildi
Bu gün ASAN xidmət, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ATU-nun birgə layihəsi olan “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirilib.
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının doktorantı İlahə İslamzadənin sözlərinə görə, 1saylı ASAN xidmətdə keçirilən aksiya zamanı gün ərzində bu xidmətə müraciət etmiş bütün vətəndaşlar məlumatlandırılıb, onlara broşürlar verilib.
“Aparılan araşdırmalar göstərir ki, ölkəmizə əhali arasında fiziki aktivlik ürəkaçan səviyyədə deyil. Bunun səbəblərindən biri də əhalinin bu sahə üzrə lazimi qədər məlumatlı olmamasıdır. Bununla əlaqədər, belə bir maarifləndirici aksiya keçirmək qərarına gəldik. Bu gün ərzində ASAN xidmətə müraciət edən vətəndaşlara bukletlər verilib, maraqlandıran suallar cavablandırılır”.
Qeyd edək ki, aksiya 23 dekabr 2015-ci il tarixli “Qeyri-inffeksion xəstəliklərlə mübarizəyə dair dövlət strategiyası”na əsasən həyata keçirilir. Məlum olduğu kimi, dünyada vaxtsız ölüm hallarının 3/2 hissəsi qeyri-infeksion xəstəliklərinin payına düşür. Qeyri-infeksion xəstəliklərin yaranma səbəblərindən biri də fiziki aktivliyin zəif olması ilə əlaqədardır.

ATU-nun Mətbuat Xidməti


ATU-nun təşkilatçılığı ilə “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirildiATU-nun təşkilatçılığı ilə “Yüksək fiziki aktivlik – sağlamlığın qarantıdır!” adlı aksiya keçirildi

Oxşar xəbərlər