Bakı Slavyan Universitetində “Ekoloji aksiya” keçirilib

Bakı Slavyan Universitetində “Ekoloji aksiya” keçirilib Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə- Könüllü Proqramı çərçivəsində aprelin 29-da Bakı Slavyan Universitetində (BSU) “Ekoloji aksiya” keçirilib. BSU-nun professor-müəllim heyəti, Tələbə - Ekoloji klubun üzvləri və Tələbə - Könüllülər iştirak etdiyi aksiyada BSU-nun hər iki tədris korpusunun həyətində təmizlik işləri aparılıb, 30-dan çox ağac əkilib, ağac gövdələri əhənglənib.
“Ekoloji aksiya”nın proqramına əsasən ali təhsil müəssisəsinin həyətində tələbələr tərəfindən “Bir” çadır hazırlanıb. Çadır iş bölgüsü aparmaq, xüsusi uniforma və lazımi ləvazimatlar və tibbi məntəqə yerləşdirmək üçün quraşdırılıb.
Qeyd edək ki, respublikanın 15 ali təhsil müəssisəsini əhatə edən “Ekoloji aksiya”nın məqsədi ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.

tehsil-press.az

Oxşar xəbərlər