ATV-də daha bir vitse-prezident təyinatı xəbəri yayıldı

ATV-də daha bir vitse-prezident təyinatı xəbəri yayıldı [“Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.
Bu yerə bir neçə gün öncə “ARB Kəpəz”dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib.
Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.
Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra kanaldakı digər vitse-prezident vəzifəsini Vaqif Aydınoğlu icra edir.

Tehsil-press.az

Oxşar xəbərlər