Birinci vitse-prezidentin toxunulmazlığı haqda

Birinci vitse-prezidentin toxunulmazlığı haqda “Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

Tehsil-press.az-n məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.
"Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür", - deyə o vurğulayıb
Xatırladaq ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər