
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, E.Nağıyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarından birində aparıcı mütəxəssis vəzifəsində çalışarkən vəzifə saxtakarlığı edərək 19 min manat mənimsəyib.
İttihama münasibət bildirən Elnur Nağıyev özünü təqsirli bildiyini deyib. O, istintaq dövründə həmin məbləği geri ödəyib.
Buna görə də həbs edilməyib və hazırda ev dustaqlığındadır.
Tehsil-press.az