
AMEA Rəyasət Heyəti Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Dendrologiya İnstitutu üzrə direktor seçkiləri keçiriləcək.
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlər sənədlərini AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə 1 ay müddətində təqdim etməlidirlər.
Tehsil-press.az