ABŞ bütün dünya ilə qarşı-qarşıya

ABŞ bütün dünya ilə qarşı-qarşıya Suriya “Paris İqlim Razılaşması”na qoşulacağını elan edib.
Almaniyanın Bonn şəhərində keçirilən 23-cü BMT İqlim Konfransına qatılan Suriya nümayəndə heyəti razılaşmanı imzalayacağını deyib.
Suriyanın bu addımından sonra razılaşmaya qoşulmayan BMT üzvlərindən təkcə ABŞ qalıb. Prezident Donald Tramp verdiyi açıqlamada ölkəsinin razılaşamadan geri çəkiləcəyini açıqlamışdı.
Almaniyanın “Dünya üçün çörək” yardım qurumunun iqlim mütəxəssislərindən Sabina Minninger artıq bütün dünyanın razılaşmanı dəstəklədiyini deyib. O, bu durumda ABŞ-ın iqlim siyasəti sahələrindən təcrid olunduğunu bildirib.
Qeyd edək ki, 2015-ci ildə imzalanan Paris İqlim Razılaşması qlobal istiliyi iki dərəcə aşağı salmağı hədəfləyir. Dünya dövlətləri isə könüllü olaraq öz üzərilərinə qlobal isinmədə önəmli rol oynayan karbon-dioksidin emissiyasının azaldılması üçün məsuliyyət götürüblər.

Tehsil-press.az



Oxşar xəbərlər