Tanınmış botaniklər Bakıya toplaşacaqlar

Tanınmış botaniklər Bakıya toplaşacaqlar Sentyabrın 18-dən 21-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyalarının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayı, eyni zamanda “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan tehsil-press.az-a bildiriblər ki, qurultayda MDB ölkələri Botanika Bağları Cəmiyyəti üzrə komissiyaların, MDB ölkələri botanika bağları, dendrarilər və ekoloji mərkəzlərinin işləri haqqında, qurumun ötən ilin yekunları və 2017-ci ilin birinci yarımillik hesabatları dinləniləcək.
Sentyabrın 19-dan 21-dək “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfrans işini “Qlobal dəyişkənliyin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri”, “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri”, “Biomüxtəlifliyin saxlanılma problemləri” mövzularında bölmələr üzrə iclaslarla davam etdirəcək.
Qeyd edək ki, qurultayın AMEA-nın Dendrologiya İnstitutunda keçirilməsi haqqında qərar ötən il Belarus Elmlər Akademiyasının Dövlət Elmi Müəssisəsində təşkil edilmiş, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin III qurultayında qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər