Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq Noyabrın 10-da Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi və şimal küləyinin əsəcəyi gözlənilir.
Tehsil-press.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 8-11°, gündüz 13-16°, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaq.
Azərbaycanın rayonlarında gəlincə, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9°, gündüz 13-17°isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər