Abonentə 1400 manat borc gəlib

Abonentə 1400 manat borc gəlib Bakıda vətəndaşın qaz sayğacı kodunun dəyişməsi onu 1440 manat ziyana salıb.
Tehsil-press.az-a müraciət edən Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini Sevda Fərzəliyeva bildirib ki, bir neçə ay bundan qabaq onun adına olan qaz sayğacının kodu başqa bir vətəndaşın adına verilib: “Qaz idarəsində dedilər ki, texniki səhv olub və mənə başqa bir qaz sayğacının kodunu verdilər. Ancaq verilən təzə sayğac kodunun üstündə 1440 manat borc var, indi də həmin pulu məndən tələb edirlər. İdarənin rəisi ilə danışdım, dedi 250 manat versən o borcu silərik. Bizim evin sayğac kodu verilən adam da idarəyə gəlmişdi, hansısa vəzifəli şəxsir, sürücüsü ilə gəlmişdi. Mən ona da dedim ki, bu borc mənə aid deyil”.
“AzəriQaz”ın mətbuat katibi İbrahim Kərbəlayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ araşdırılmadan konkret bir söz demək olmaz: “Abonent bazasında borc nə silinə bilər, nə də artırıla bilər. Bu, elektron formada tənzimlənir. Ona müdaxilə etmək mümkün deyil. Buna görə də bu iddia inandırıcı deyil.
Vətəndaş yazılı şəkildə “AzəriQaz” İstehsalat Birliyinə müraciət edərək dediyi məsələləri qeyd etsin. İşçi qrup tərəfindən araşdırıldıqdan sonra tam təfsilatı ilə abonentə məlumat veriləcək”.

Tehsil-press.az


Oxşar xəbərlər