“Heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm” - Saakaşvili

“Heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm” - Saakaşvili Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili prezident Petro Poroşenkonun ona Baş Nazir postu təklif etdiyini bildirib.
Bu barədə Saakaşvili “ZIK” kanalının efirində söyləyib.
Saakaşvili prezidentlik ambisiyasının olmadığını da vurğulayıb.
“Mən Ukraynada normal hökumətin formalaşmasına görə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Düşünürəm ki, Ukrayna prezidenti milliyyətcə ukraynalı olmalı, burada dünyaya gəlib, böyümüş insan olmalıdır”, - deyə Saakaşvili qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər