Təimdə layihənin məqsədi, tərəfdaşları və mərhələləri haqqında məlumat verilib. Klassik və müasir təlim metodları qarşılıqlı müqayisə olunub. İştirakçılara öyrənmə tipləri və məlumatın ötürülməsi üsulları haqqında məlumat çatdırılıb. Qeyd olunub ki, müasir çağırışlarda müəllimdən mühazirəçi yox, fasilitator olması gözlənilir.
Sonda müasir interaktiv təlim texnikalarının hər biri haqqında ətraflı məlumat təqdim olunub və qeyd olunub ki, bu texnikalar tədrisin səmərəliliyinə müsbət təsir göstərir.
İctimaiyyətlə əlaqələr şöbəsi