Alman və fransız dillərinin tədrisi zamanı qarşıya çıxan problemlərin müzakirəsi aparılıb

Alman və fransız dillərinin tədrisi zamanı qarşıya çıxan problemlərin müzakirəsi aparılıb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dillər kafedrasında alman dili və fransız dili həftələri keçirilib.
Tədbirdə alman və fransız dillərinin tədrisi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yolları müzakirə olunub.
“Alman dili həftəsi”ndə alman dili fənn komissiyasının sədri Solmaz Əlizadənin “ATMU-da alman dilinin tədrisi vəziyyəti: problemlər və təkliflər” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, tələbələr alman dilinə böyük maraq göstərirlər.
ATMU-nun prorektoru İranə Əliyeva dərsdənkənar məşğələlərin səhnəcik-dialoq şəkilində hazırlanıb videolentə alınmasını məqsədəuyğun sayıb. O, fənn-məşğələlərin bu formatda təşkilinin tələbələrdə böyük maraq yaradacağına əminliyini bildirib.
“Fransız dili həftəsi”ndə isə fransız dili fənn komissiyasının sədri Xəyyam Abbasovun “Tədris prosesində fransız dilindəki turizm terminlərindən istifadə yolları“ mövzusunda məruzəsi dinlənilib. Sonra “Fransız dilinin öyrədilməsində didaktik oyunların rolu“ mövzusunda müzakirələr aparılıb.
Tədbirlərə tələbələrin müxtəlif mövzularda çıxışları ilə yekun vurulub.

Hüseyn Şərifov

Oxşar xəbərlər