Əcnəbilər üçün yeni “AZƏRBAYCAN DİLİ” dərsliyi işıq üzü görüb

Əcnəbilər üçün yeni “AZƏRBAYCAN DİLİ” dərsliyi işıq üzü görüb Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi ilə ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi işıq üzü görüb. BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanan bu dərslik tərtibatı, əhatəliliyi, innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.
Müəlliflər əcnəbilərin lüğət ehtiyatının zənginləşdirilməsi, şifahi nitqinin inkişafı üçün müxtəlif üsullardan istifadə ediblər. Dərslikdə ayrıca tərtib olunmuş “İş dəftəri”ndə burada dilimizin rahat şəkildə mənimsənilməsi üçün praktik tapşırıqlar verilib. “İş dəftəri” dil öyrənənin hazırlıq səviyyəsini bir qədər də artıracaq, məntiqli və rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olacaqdır. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdıracaqdır.

Mətbuat və informasiya şöbəsi


Əcnəbilər üçün yeni “AZƏRBAYCAN DİLİ” dərsliyi işıq üzü görüb

Oxşar xəbərlər