Yüksək dövlət mükafatı sahibinə təqdim olunub

Yüksək dövlət mükafatı sahibinə təqdim olunub Dekabrın 27-də təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova ali mükafatı təqdim edib.
Təqdimetmə mərasimində E.Hüseynovun təhsil sahəsindəki səmərəli fəaliyyətindən danışan Ceyhun Bayramov ona uğurlar arzulayıb.
Rektor əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Hüseyn Şərifov


Yüksək dövlət mükafatı sahibinə təqdim olunub

Oxşar xəbərlər