
Alim bu mükafata mühəndislik elminin inkişafında böyük xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsində və tətbiqindəki uğurlu nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasındakı və beynəlxalq əlaqələrin möhkəmlənməsindəki fəaliyyətinə görə layiq görülüb.
Mükafatı Ə.Canəhmədova BMA-nın Prezidentlər Şurasının qərarı ilə Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti, SSRİ-nin və Rusiyanın dövlət mükafatları laureatı, akademik Boris Qusev təqdim edib.
AMA-nın Mətbuat Xidməti
