
Dekabrın 28-də Lökbatan qəsəbəsindəki F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə “İKT-dən tədris prosesində istifadə təcrübəsindən” mövzusunda təqdimat olub. Tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun hazırlayaraq reallaşdırdığı “Media dərs” layihəsi təqdim edilib. Bildirilib ki, liseydə İKT vasitəsilə hazırlanmış bütün dərslər “ağıllı” lövhələrdə yazılır və yaddaş bazasında saxlanılır. Hər bir şagird ona verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edə bilir. Bu layihənin liseydə tətbiqi həm “45 dəqiqəlik dərs” məhdudiyyətini, həm də zaman və məkan problemini aradan qaldırır.
Təhsil-press.az