Yeni dərsliklərə uyğun dərs vəsaitlərinin hazırlanması məsələsi müzakirə edilib

Yeni dərsliklərə uyğun dərs vəsaitlərinin hazırlanması məsələsi müzakirə edilib Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları ilə görüşüb.
Görüşdə M.Abbaszadə artıq 9 ildir respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramlarının (kurikulumların) tətbiq olunduğunu və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edildiyini diqqətə çatdırıb. Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsaitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilib.
Görüş iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunub.
Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd edilib.
Müəllif qrupları yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı təkliflərini verib və qərara alınıb ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.

Təhsil-press.az

Oxşar xəbərlər