Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.
Rayonlarda yanvarın 2-də yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti təşkil edəcək. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Təhsil-press.az

Oxşar xəbərlər