İlin son günü Azərbaycanda 87 cinayət baş verib

İlin son günü Azərbaycanda 87 cinayət baş verib Respublikanın daxili işlər orqanları tərəfindən 31 dekabrda 87 cinayət faktı qeydə alınıb.
Təhsil-press.az DİN-ə istinadən xəbər verir ki, onların da 10-u “isti izlər”lə açılıb.
Axtarışda oluğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər isə saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər