Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planının icrasına başladı

Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planının icrasına başladı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.
Bu barədə Təhsil-press.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib:
"Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında matəm musiqiləri səslənəcək. Qatarlarda stansiyalar barədə məlumatlar maşinist tərəfindən səsləndiriləcək. Metronun "20 Yanvar" stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq".
N.Paşayev bildirib ki, yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək.

Təhsil-press.az

Oxşar xəbərlər