Gənc müəllimlər mükafatlandırılıblar

Gənc müəllimlər mükafatlandırılıblar 2 fevral - Gənclər Günü münasibətilə bir qrup gənc müəllimlə görüş olub.
Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşasını izləyiblər.
Görüşdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb.
Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan C.Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il altı minədək müəllimin işə qəbul olunduğunu və onların 3.794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyi bildirilib. Qeyd olunub ki, bu gün ölkəmizin ümumtəhsil müəssisələrində 151.458 müəllim çalışır, onlardan 42.263-ü 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.
C.Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdığını, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edildiyini diqqətə çatdırıb, cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən söz açıb.
C.Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Çıxış edən gənc müəllimlər təhsilimizə, müəllimlərə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonra müəllimlərə Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Kəmalə Rəhimli


Gənc müəllimlər mükafatlandırılıblarGənc müəllimlər mükafatlandırılıblarGənc müəllimlər mükafatlandırılıblarGənc müəllimlər mükafatlandırılıblar

Oxşar xəbərlər