İşdən çıxarılan nazirdən sərt açıqlama

İşdən çıxarılan nazirdən sərt açıqlama Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.
Bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.
Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı Bizim Yol keçmiş vergilər naziri Fazil Məmmədovdan məsələyə münasibət öyrənib. O Bizim Yol-a açıqlamasında heç bir halda qanundan kənar iş görülmədiyini bildirib.
"Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər