Yerli təhsili idarəetmə qurumlarının əməkdaşları üçün təlim

Yerli təhsili idarəetmə qurumlarının əməkdaşları üçün təlim Təhsil Nazirliyində yerli təhsili idarəetmə qurumlarının internet resurslarına məsul əməkdaşlar üçün təlimə başlanılıb.
Təlimin keçirilməsində məqsəd rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) internet resurslarının idarəedilməsinin təkmilləşdirilməsi, bölgələrin təhsil həyatında baş verən yeniliklərin ictimaiyyətə çatdırılması işinin daha da genişləndirilməsi, bu işə məsul əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimdə yerli təhsili idaəetmə qurumlarında ictimaiyyətlə əlaqələr işinin təşkili və xəbər aktivliyinin təmin olunması, təhsil şöbələrinin saytlarında yaranan nöqsanlar və onların aradan qaldırılması yolları, həmçinin sosial şəbəkələrdən səmərəli istifadə edilməsi mövzuları üzrə təqdimatlar dinlənilib. Təlim zamanı müvafiq proseslər əyani şəkildə göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlim fevralın 16-dək davam edəcək.

Hüseyn Şərifov

Oxşar xəbərlər