
Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edir. Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üç gün davam edəcək təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq. Təlimin sonunda jurnalistlərə sertifikatlar veriləcək.
tehsil-press.az