Bakı Dairəvi avtomobil yolunda mal-qara daşıyan yük maşını aşdı

Bakı Dairəvi avtomobil yolunda mal-qara daşıyan yük maşını aşdı Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99-JH-641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.
“Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.
Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır”, - deyə məlumatda vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər