Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək Martın 31-də Bakıda beynəlxalq təhsil sərgisinin açılışı olacaq.
Sərgidə təhsil ekspertləri xarici universitetlərə qəbul qaydaları, ən yaxşı təhsil ocaqları, xaricdə oxuyanların təqaüd almaları, Türkiyə, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Çin, Qazaxıstan, Sinqapur, Şimali Kipr, İsveçrə, Rusiya və digər ölkələrdə bakalavriat və magistratura təhsili barədə sualları cavablandıracaqlar.
Tədbir DAAD, “Campus France” və “American Councils”in dəstəyi ilə keçiriləcək.
Qeydiyyat üçün bu linkə daxil olmaq lazımdır: https://begin-expo.com/events/vyistavka-mezhdunarodnoe-obrazovanie-baku/?utm_source=citylife.

Tehsil-press.az

Oxşar xəbərlər