Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bakı və Bilal Ərdoğanı qəbul edib.
Nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Tehsil-press.az

Oxşar xəbərlər