“Rüşvətxorluğa son qoyulmalıdır” - Ramiz Mehdiyev

“Rüşvətxorluğa son qoyulmalıdır” - Ramiz Mehdiyev “Hesab edirik ki, Miqrasiya Xidmətində təmizlik və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır”
Bunu Miqrasiya Xidmətinin yeni rəisinin təqdimatında çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
O qeyd edib ki, elə olmamalıdır ki, sabah bu məsələlər yenidən baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun:
“Miqrasiya xidməti demək olar ki, Azərbaycanın qapısıdır və o şəffaf işləməlidir. Ölkəyə, dövlətimizə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, deməli ,belə bir qurum Azərbaycan dövləti üçün lazımsızdır”.



Tehsil-press.az

Oxşar xəbərlər