“Miqrasiya məsələləri üzrə beynəlxalq yay məktəbi”

“Miqrasiya məsələləri üzrə beynəlxalq yay məktəbi” Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) MOBILAZE və ENIGMMA layihələri çərçivəsində növbəti təlimini keçirib. “Miqrasiya məsələləri üzrə beynəlxalq yay məktəbi” Qax rayonunda baş tutub. Yay məktəbində Oksford Universitetinin Miqrasiya Müşahidə Mərkəzindən, Mastrixt, Kembric, Sasseks, Sarbonna, Vilnüs universitetlərindən, eləcə də Bakı Dövlət Universiteti və Tbilisi Dövlət Universitetindən məruzəçilər və mentorlar çıxış edib. Yay məktəbində Azərbaycan və Gürcüstandan jurnalistika, beynəlxalq hüquq/miqrasiya hüququ, iqtisadiyyat, beynəlxalq əlaqələr, sosial və siyasi elmlər sahəsində təhsil alan 50-dək tələbə və gənc mütəxəssis iştirak edib.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər