Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub. Nazirin digər əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.