Nəsimi Paşayev istefa verdi

Nəsimi Paşayev istefa verdi “Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən ayrılıb.
O, bu barədə sosial şəbəkədə məlumat yayıb.
N. Paşayev mayın 31-dən vəzifəsindən gedəcəyini açıqlayıb: "Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!
2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm".
Qeyd edək ki, N. Paşayev jurnalistlərlə sıx əməkdaşlıq edən mətbuat xidməti rəhbərlərindən biri idi. Onun istefası da jurnalistlərin təəccübünə səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər