Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdən əvvəl BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, akademik Abel Məhərrəmov giriş sözü ilə çıxış edərək 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Rektor həmin dövrdə qısa zaman kəsiyində siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndərin Azərbaycanda elm və təhsilin hamisinə çevrildiyini, Prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu qeyd edib.
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, deputat Ülvi Quliyev Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, ümummilli liderin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən danışıblar.
Tədbir ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

Hikmət Əliyev


Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilibBakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilibBakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

Oxşar xəbərlər