ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə universitetin Böyük Akt zalında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Mirkazım Seyidov, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə 15 İyun-Milli Qurtuluş Gününü əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən DQİDK-nin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında-90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin süquta uğraması nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğuna Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüz, eyni zamanda siyasi cəhətdən səriştəsiz, idarəçilik və dövlətçilik sahəsində heç bir təcrübəsi olmayan şəxslərin hakimiyyətdə təmsil olunmaları mane olurdu. Həmin dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan təcrübəsiz və bacarıqsız şəxslər ölkədəki və dünyadakı siyasi vəziyyəti düzgün təhlil etməyi, dövlətin qarşısında dayanan strateji vəzifələri müəyyən edib həyata keçirməyi bacarmırdılar. Buna görə də 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə hərc-mərclik, fəlakətli bir dövr kimi daxil olmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin xalqın böyük istəyi və inadlı tələbi ilə yenidən respublikamızda hakimiyyətə qayıtması Azərbaycanı siyasi-iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Azərbaycanda daxili ictimai-siyasi sabitlik təmin edildi, ölkəmiz tərəqqi və inkişaf yoluna çıxdı. 15 İyun-Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin vaxtdan xalqımız 15 İyunu əlamətdar bir tarixi gün kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirməsi ölkəmizin böyük uğurlar qazanmasını təmin etmişdir.
Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, xalqımız XX əsrdə iki dəfə öz dövlət müstəqilliyini əldə edib. Lakin XX əsrin əvvəllərində qazandığımız müstəqilliyi qoruyub saxlaya bilməmişik. XX əsrin sonlarında isə yalnız xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin qətiyyəti, iradəsi, fədakarlığı, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib. Məhz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi nəticəsində iqtisadi inkişafımızın əsasını qoyan “Əsrin müqaviləsi” imzalanıb, Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilib, ölkəmiz sürətli inkişaf yoluna çıxıb. Hazırda bu inkişaf Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyətdə uğurla davam edir.
“Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında ulu öndər Heydər Əliyevin “Müstəqilliyin qazanılması nə qədər çətindirsə, onun qorunması daha da çətindir” müdrik fikrini xatırladıb. Qeyd edib ki, dahi öndər Heydər Əliyevin həyat və fəaliyyəti bu fikrin təsdiqi baxımından böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmiş, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilmişdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında tədbirin rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsinə görə YAP-ın və “Səs” Media Qrupunun rəhbərliyinə, eləcə də millət vəkillərinə təşəkkür edib. Rektor bildirib ki, tariximizin gənclərə dərindən öyrədilməsi baxımından bugünkü tədbir mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müasir dövrün qarşıya qoyduğu hədəf və tələblərə uyğun inkişaf edir. Ölkəmizdə bütün sahələrə olduğu kimi, elm və təhsilin inkişafına da böyük qayğı və diqqət var. ADPU respublikaımızın ali təhsil sistemində öz xüsusi yeri və mövqeyi ilə seçilir. ADPU-da həyata keçirilən struktur islahatlarından, təhsilin məzmununun yeniləşməsi sahəsində atılan ciddi addımlardan danışan rektor bildirib ki, universitetin kollektivi öz strateji hədəflərinə çatmaq üçün əzmlə çalışır.
Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Əhməd Ağababayev çıxış edərək bildirib ki, 15 İyun- Milli Qurtuluş Günü tariximizə böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir gün kimi daxil olub. Biz tələbə-gənclər yaxşı oxumalı, bilik və bacarıqlara mükəmməl yiyələnməli, müstəqil ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssis və əsl vətəndaş kimi yetişməliyik.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

Oxşar xəbərlər