Metronun fəaliyyəti bərpa edildi

Metronun fəaliyyəti bərpa edildi Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.
Artıq bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.
Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.
Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.
Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sınaq rejimində çalışacaq.

Tehsil-press.az

Oxşar xəbərlər