
Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.
Sədrin sözlərinə görə, iyulun 3-də ölkədə yenidən elektrik enerjisinin verilişində yaranmış problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb:
“Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olundu. Bu gün günorta saatlarında metro yenidən öz işini bərpa etdi”.
Tehsil-press.az