Abituriyentlərin ixtisas seçiminə kömək üçün kitabçalar nəşr olunub

Abituriyentlərin ixtisas seçiminə kömək üçün kitabçalar nəşr olunub Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etdirib.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Kitabçaları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər